Azərbaycanlı iş adamı Türkiyənin "Serik Belediyespor" klubunun səhmlərini alır. Sport24.az xəbər verir ki, bu barədə yerli "Ajansspor" nəşri özəl məlumat yayıb.
Lakin həmin şəxsin adı açıqlanmayıb. İş adamının klubun səhmlərinin 50 faizi üçün 4 milyon avro ödəyəcəyi vurğulanıb.
Biznesmen ilk olaraq Super Liqa təmsilçisi "Antalyaspor"a investisiya etmək istəyib. Lakin "qırmızı-ağlar"ın səhmləri satışa uyğun olmadığı üçün 1-ci liqaya yeni vəsiqə qazanan "Serik Belediyespor"a yönəlib.
Qeyd edək ki, "Serik Belediyespor" da Antalya şəhərinin təmsilçisidir. Komanda 2024/2025 mövsümünün yekunlarına əsasən 1-ci liqaya vəsiqə əldə edib