Ölkələrin UEFA reytinqində dəyişikliklər olub. Sport24.az xəbər verir ki, buna avrokubokların II təsnifat mərhələsinin ilk oyunlarının ikinci gününün nəticələri səbəb olub.

 

Çempionlar Liqası və Konfrans Liqasında baş tutan matçlar Azərbaycanın mövqeyinə təsir etməyib. Xal hesabı 17,250-ə bərabər olan ölkəmiz Avropada 25-ci pillədə qərarlaşıb.

 

Latviya isə üç pillə irəliləyib. Baltikyanı ölkə Farer adaları, Finlandiya və İslandiyanı arxada qoyub. Şimali Makedoniya Gürcüstanı, Monteneqro Uelsi keçib.

 

Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 89,160 xal.