Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin VI turuna yekun vurulacaq. Sport24.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" səfərdə "Elfsborq"la qarşılaşacaq.
Türkiyə klublarından "Qalatasaray" "Malmö" ilə, "Beşiktaş" isə "Bodo-Qlimt"lə üz-üzə gələcək. "Fənərbaxça" isə dünən "doğma divarlar" arasında "Atletik"ə uduzub.
Qeyd edək ki, Liqa mərhələsinin VII turuna 2025-ci il yanvarın 21-də start veriləcək
UEFA Avropa Liqası
Liqa mərhələsi
VI tur
12 dekabr
21:45. "Roma" (İtaliya) - "Braqa" (Portuqaliya)
21:45. "Olimpiakos" (Yunanıstan) - "Tvente" (Niderland)
21:45. PAOK (Yunanıstan) - "Ferentsvaroş" (Macarıstan)
21:45. "Viktoriya" (Çexiya) - "Mançester Yunayted" (İngiltərə)
21:45. "Yunion" (Belçika) - "Nitsa" (Fransa)
21:45. "Ludoqorets" (Bolqarıstan) - AZ (Niderland)
21:45. "Malmö" (İsveç) - "Qalatasaray" (Türkiyə)
21:45. "Hoffenhaym" (Almaniya) - FKSB (Rumıniya)
00:00. "Portu" (Portuqaliya) - "Midtyullann" (Danimarka)
00:00. "Ayaks" (Niderland) - "Latsio" (İtaliya)
00:00. "Reyncers" (Şotlandiya) - "Tottenhem" (İngiltərə)
00:00. "Slaviya" (Çexiya) - "Anderlext" (Belçika)
00:00. "Real Sosyedad" (İspaniya) - "Dinamo" (Kiyev, Ukrayna)
00:00. "Lion" (Fransa) - "Ayntraxt" (Almaniya)
00:00. "Makkabi" (Təl-Əviv, İsrail) - RFS (Latviya)
00:00. "Budyo Qlimt" (Norveç) - "Beşiktaş" (Türkiyə)
00:00. "Elfsborq" (İsveç) - "Qarabağ" (Azərbaycan)
.