Futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Norveçin “Molde” və İspaniyanın “Qranada” klubları arasında keçiriləcək cavab matçının yeri dəyişdirilib.

Sport24.az xəbər verir ki, qarşılaşma öncədən nəzərdə tutulduğu kimi Norveçdə yox, Macarıstanda keçiriləcək.

Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Buna iki ölkə arasında səfərlərə koronavirus pandemiyasına görə qoyulan məhdudiyyətlər səbəb göstərilib.

Beləliklə, “Molde” – “Qranada” matçı martın 18-də, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Bu komandalar arasındakı ilk oyun isə martın 11-də İspaniyada baş tutacaq.