AVRO-2020--də C qrupunun ilk oyunu keçirilib. Sport24.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdəki Milli Arenada Avstriya və Şimali Makedoniya yığmaları görüşüb. 

Hesabı 18-ci dəqiqədə avstriyalı müdafiəçi Ştefan Layner açıb. Bundan 10 dəqiqədə sonra Qoran Pandev kapitanı olduğu Şimali Makedoniya millisinin bu turnirdə ilk qolunu vurub. Avstriya millisi 78-ci dəqiqədə Mixael Qreqoriç, 89-cu dəqiqədə isə Marko Arnautoviçin vurduğu qollarla 3:1 hesablı qələbə əldə edib. 

Qeyd edək ki, C qrupunda ilk turun digər oyunu bu gün Niderland və Ukrayna milliləri arasında olacaq. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq qarşılaşma "Amsterdam Arena"da keçiriləcək.