Madrid "Atletiko"su "Feyenoord"dun müdafiəçisi David Qanskonun transferini açıqlayıb. Sport24.az xəbər verir ki, 27 yaşlı slovakiyalı tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq.

 

İnsayder Fabrisio Romanonun sözlərinə görə, transfer 30 milyon avro + bonuslara başa gəlib.

 

Qeyd edək ki, müdafiəçi 2024/25 mövsümündə bütün turnirlərdə 47 matçda iştirak edib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.