Madrid "Atletiko"su hücumameyilli yarımmüdafiəçisi Culiano Simeone ilə yeni müqavilə imzalayacaq. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

"Ağ-qırmızılar" 23 yaşlı gənc futbolçu ilə müqavilənin müddətini 2030-cu ilə qədər uazdacaq. Sözləşməyə 500 milyona sərbəstqalma bəndi də daxildir.

Qeyd edək ki, Simeone "Atletiko"nun yetirməsidir. O, əsas komandada bütün turnirlər üzrə 77 oyuna çıxıb, 8 qol vurub və 16 məhsuldar ötürmə edib.