Asiya Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində baş tutmalı olan matç təxirə salınıb. Sport24.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi "Əl-Əyn"lə Səudiyyə Ərəbistan klubu "Əl-Hilal" arasında keçirilməli olan qarşılaşma Dubayda yaşanan daşqın səbəbindən təsirə salınıb.

 

Güclü yağış şəhərdə daşqınlara yol açıb. Bunu nəzərə alan Asiya Futbol Konfederasiyası qarşılaşmanın aprelin 17-nə təxirə salınmasını qərara alıb.

 

Qeyd edək ki, yarımfinalın digər cütündə Cənubi Koreyanın "Ulsan" və Yaponiyanın "Yokohama" komandaları üz-üzə gələcəklər.