"Fənərbağça" PSJ-nin yarımmüdafiəçisi Marko Asensio ilə müqavilə imzalamağı düşünür. Sport24.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, türk klubu 29 yaşlı ispan üçün bonuslar da daxil olmaqla 15 milyon avro təklif edib. Futbolçunun özü isə "Fənərbağça"ya keçməyə tələsmir. O, yekun qərar verməzdən əvvəl ilk növbədə yay "transfer pəncərəsində" bütün mümkün variantları gözdən keçirmək niyyətindədir. Asensio  "Milan"ın da maraq dairsəsindədir.

 

Futbolçu 2025-ci ilin fevralından icarə əsasında "Aston Villa"nın formasını geyinir.

 

Marko 2024/25 mövsümündə bütün turnirlərdə 37 matçda 10 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun PSJ ilə müqaviləsi gələn ilin yayında başa çatır.