"Arsenal" "Beşiktaş"a transfer olan Leandro Trossara əvəzləyici tapıb.Sport24.az xəbər verir ki, İngiltərə çempionu "Brügge"də çıxış edən Kristos Tzolisi transfer etmək istəyir.

 

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

Premyer Liqa nəhəngi yunanıstanlı vinger üçün Belçika klubu ilə danışıqlara başlayacaq.

 

Qeyd edək ki, 24 yaşlı Kristos Tzolis 2025/26 mövsümündə "Brügge"nin heyətində meydana çıxdığı 52 rəsmi matçda 22 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb.