"Bavariya"nın futbolçusu Maykl Olise "Real"a keçmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə insayder Santi Auna məlumat verib.


Fransalı vinger Madrid nəhənginə keçidi karyerasında ideal addım hesab edir. Eyni zamanda, "Real" klub tarixində rekord ola biləcək transferin rəsmiləşdirilməsi imkanlarını araşdırır.

 

​"Bavariya"nın Olisenin satılmayacağı ilə bağlı rəsmi mövqeyinə baxmayaraq, vəziyyət açıq qalır. Münhen klubu 24 yaşlı futbolçu ilə müqaviləni uzatmağa çalışır.

 

​Olisenin dünya çempionatındakı çıxışını başa vurduqdan sonra "Bavariya" rəhbərliyi ilə görüşəcəyi və tərəflərin futbolçunun gələcəyini müzakirə edəcəyi gözlənilir. Məhz bu danışıqlardan sonra oyunçu karyerasının davamı ilə bağlı yekun qərarını verməlidir.

 

​Qeyd edək ki, Maykl Olise ötən mövsüm "Bavariya"nın heyətində 52 matç keçirib, 22 qol vurub və 31 məhsuldar ötürmə edib.