"Arsenal"ın hücumçusu Qabriel Martinelli karyerasını Fransada davam etdirə bilər. Sport24.az xəbər verir ki, PSJ braziliyalı futbolçu ilə maraqlanır.

 

Bu barədə Fransa mətbuatı məlumat yayıb. Paris klubunun idman direktoru Luiş Kampuş hücumçunun agenti ilə görüş keçirib.


"Arsenal" Martinellini yaxşı məbləğ qarşılığında satmağa razıdır.

 

24 yaşlı hücumçu bu mövsüm 46 oyunda 11 qol vurub, 6 məhsuldar ötürmə edib.