Misli Premyer Liqasının XXVIII turunun "Sumqayıt" – "Qəbələ" oyunundan (1:0) sonra meydan sahibi baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

 

– Oyunumuzdan razı qalmadım. Ancaq uzun müddət sonra qələbə qazandıq, bu, yaxşıdır.

 

– Bu qələbə növbəti oyunlara motivasiya baxımından necə təsir edəcək?


– 9 oyun sonra gələn qələbə komandanın əhvalı üçün vacibdir. Amma yenə qeyd edirəm, bugünkü oyundan razı deyiləm.


– Ninkoviçin əvəzlənməsi nə ilə bağlı idi?


– Ninkoviç bizim üçün vacib oyunçudur. Amma performansından razı qalmadım. Ona görə əvəzləmək qərarına gəldim.