Lionel Messi "İnter Mayami" ilə yeni müqavilə barədə danışıqlar aparır. Sport24.az xəbər verir ki, bu barədə insayder Qaston Edul X sosial şəbəkəsində məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 38 yaşlı futbolçu ilə klub arasında danışıqlar uğurla davam edir və böyük ehtimalla, tərəflər arasında 2026-cı ilin sonuna qədər qüvvədə olacaq yeni anlaşma imzalanacaq. Messinin klubla hazırkı sözləşməsi 2025-ci ilin dekabrında başa çatır.

 

Qeyd edək ki, argentinalı futbolçu 2025-ci ildə Florida klubunun heyətində bütün turnirlərdə 17 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.