Cənubi Koreya çempionatında 36-cı turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" "Jeonbuk"un qonağı olub.
Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Krivotsyuk meydana start heyətində çıxıb və sona qədər oynayıb.
Qeyd edək ki. 36 turdan sonra aktivində 61 xal olan "Daejeon" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Zirvədə isə "Jeonbuk" yer alıb.