"Şamaxı"nın futbolçusu Alfons Mabula Msanqa Tanzaniya yığmasına dəvət alıb.  Sport24.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

 

Tanzaniya yığması noyabrın 12-dən 16-dək Misirdə təlim-məşq toplanışı keçirəcək. Komanda noyabrın 15-də Küveyt yığması ilə yoxlama matçında qarşılaşacaq.