Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında XI - "Zəfər turu"na yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması Qəbələdə baş tutacaq.
"Kəpəz" "Sabah"la üz-üzə gələcək. Gəncə klubu hazırda 3 xalla turnir cədvəlində sonuncudur. Azər Bağırovun çalışdırdığı komanda bu görüşdə qalib gələcəyi halda 2 pillə irəliləyərək 10-cu ola bilər. Paytaxt təmsilçisi isə 18 xalla altıncı yerdədir. "Sabah" isə bu matçdan 3 xalla ayrılacağı təqdirdə ilk dövrəni ilk "üçlük"də bitirəcək.
Qeyd edək ki, oyunun start fiti saat 15:44-də səslənəcək.
Misli Premyer Liqası
I dövrə, XI tur
15:44. "Kəpəz" - "Sabah" 0:2 (Birinci hissə)
Qol: Velko Simiç, 23, Coy Lens Mikels, 28
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rahil Ramazanov, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Qəbələ. Şəhər stadionu.
"Kəpəz": 1. Kaçper Rosa 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 9. Luis Paçu 24. Olavale Onanuqa 12. Mahamadu Ba (k) 10. Ryonosuke Ohori 38. Cefferson Bentu 6. Pedro Qomeş
Ehtiyat oyunçular: 81. Elgün Bayramov 99. Əli Səmədov 88. Şakir Seyidov 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 55. Kresus Donqo
Baş məşqçi: Azər Bağırov.
"Sabah": 92. Stas Pokatilov 2. Amin Seydiyev (k) 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 3. Stiv Solvet 70. Cesse Sekidika 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 33. Umarali Raxmonaliyev 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 12. Rauf Əyyubov 17. Tellur Mütəllimov 46. Aleksey İsayev 10. Anatoli Nuriyev 8. Ayaz Quliyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 88. Xəyal Əliyev 11. Kahim Parris 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas.