Niderland Erediviziyasında 12-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, millimizin üzvü Ozancan Kökçünün çıxış etdiyi "Volendam" "Breda"nı qəbul edib.

 

Qarşılaşma meydan sahiblərinin 2:1 hesabı qələbəsi ilə yekunlaşıb. Kökçü 69-cu dəqiqədə, hesab 1:1 olarkən meydana çıxıb.

 

Qeyd edək ki, hazırda aktivində 14 xal olan "Volendam" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.