"Mançester Yunayted" İngiltərə Premyer Liqasının XVI turunda "Vulverhempton"a uduzub – 0:2. Sport24.az xəbər verir ki, bu, "qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorimin çempionatdakı ilk 7 oyunundakı 4-cü məğlubiyyəti olub.

 

O, uğursuz startlarda klubun antirekordunu yeniləyib.

 

Daha əvvəl antirekord Erik Ten Haqda idi. O, Premyer Liqada ilk 13 oyununda 4 dəfə uduzmuşdu.