"Bavariya"nın və Almaniya millisinin 18 yaşlı futbolçusu Alara Şehitler formada öz soyadını göstərməkdən imtina edib. Sport24.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat paylaşıb.
Səbəb isə onun nasist Almaniyasının diktatoru Adolf Hitlerin soyadı ilə yazılış baxımından oxşar olması olub.
Cümə günü, aprelin 4-də Şehitler Almaniya millisinin heyətində Şotlandiya ilə matçda yalnız Alara adının göstərildiyi forma ilə meydana çıxıb. İndi o, həm yığmada, həm də "Bavariya"da bu adla çıxış edəcək
Qeyd edək ki, Şehitler Almaniyada anadan olub, anası alman, atası türkdür. Almaniya mətbuatı yazır ki, alman sağçı fəallar idmançının soyadını nalayiq ifadələrlə təhqir ediblər.