Türkiyəni avrokuboklarda təmsil edəcək "Samsunspor" səs-küylü transferə hazırlaşır. Sport24.az xəbər verir ki, Qaradəniz təmsilçisi "Borussiya"(Dortmund) və Almaniya millisinin futbolçusu Yulian Brandtı heyətinə qatmağı planlaşdırır.

 

Hazırda tərəflər arasında danışıqlar davam etdirilir. Alman futbolçu "Samsunspor"a ilkin razılıq verib.

 

Son anda hansısa problem çıxmasa, Yulian Türkiyə klubuna keçəcək. Qeyd edək ki, yarımmüdafiəçi "Borussiya"dan əvvəl "Bayer"də çıxış edib.