"RB Leypsiq" Yann Diomande üçün "Liverpul"un təklifini geri çevirib. Sport24.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
İngiltərə klubu 19 yaşlı futbolçu üçün 100 milyon avroluq təklif edib. Lakin Almaniya klubu Fil Dişi Sahilindən olan futbolçuya görə, daha çox pul istəyir.
Qeyd edək ki, Diomande bu mövsüm Almaniya təmsilçisinin heyətində bütün yarışlarda 36 oyuna çıxıb, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. O, hazırda Fil Dişi Sahili millisinin heyətində DÇ-2026-da iştirak edir.