"Yuventus"un və İtaliya yığmasının sabiq hücumçusu Alessandro Del Piero İtaliya Futbol Federasiyası (FIGC) tərəfindən məşqçilik lisenziyası alıb. Sport24.az xəbər verir ki, 50 yaşlı veteran futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb:

 

"Bu gündən mənə "Cənab" deyə bilərsiniz. FIGC-yə və bu kursda məni dəstəkləyən bütün müəllimlərə təşəkkür edirəm. Təhsi dönəmində təcrübələrini mənimlə bölüşən bütün insanlara minnətdaram".

 

Qeyd edək ki, Alessandro Del Piero karyerasını 2015-ci ildə başa vurub. O, "Yuventus", "Padova", Avstraliyanın "Sidney" və Hindistanın "Dehli Dinamos" klublarında çıxış edib. Forvard İtaliya millisində 91 matçda 27 dəfə fərqlənib.