"Mançester Yunayted"in əfsanəvi sabiq baş məşqçisi Aleks Ferqüsson çalışdığı dönəmdə ən yaxşı qapıçının adı söyləyib. Sport24.az "Give me Sport"a istinadən xəbər verir ki, şotlandiyalı mütəxəssisin fikrincə danimarkalı Peter Şmeyhil öz dönəminin ən güclü "çərçivə qoruyucusu" olub:
"Sərt və özünə qarşı çox tələbkar qapıçı idi. Danimarka futbolunun zirvəsi... Peter Şmeyhil çalışdığım illərdə mənim ən yaxşı qolkiperim olub".
Qeyd edək ki, Şmeyhil 1991-1999-cü illər arasında Mançester təmsilçisinin formasını geyinib. O, klub səviyyəsində bir çox uğurlara imza atmaqla yanaşı, 1992-ci ildə Danimarka millisinin heyətində Avropa çempionu olub.