"Azarkeşlərimizi sevindirməyə çalışacağıq". Sport24.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Bakıda Rumıniya təmsilçisi FCSB-yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.

 

24 yaşlı cinah müdafiəçisi matça yaxşı hazırlaşdıqlarını bildirib:

"Rəqibi tanıyırıq. Bəzi oyunlarını izləmişik".

 

Cəfərquliyev qarşılaşmaya hazır olduğunu vurğulayıb:

 

"Çox yaxşı hazırlıq keçmişik. Ümid edirəm ki, yaxşı oyun sərgiləyəcəyəm. Komandam üçün əlimdən gələni edəcəyəm".

 

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.