"Antalyaspor" baş məşqçisi Aleks de Souza ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Superliqanın XIX turu çərçivəsində "Trabzonspor"a 0:5 hesablı məğlub olan Türkiyə təmsilçisi braziliyalı mütəxəssislə vidalaşıb.

 

Qeyd edək ki, Aleks "Antalyaspor" ilə ötən ilin may ayında 2 illik müqavilə imzalamışdı.