Rusiya yığmasının sabiq üzvü Aleksey İonov karyerasını başa vurub. Sport24.az xəbər verir ki, 35 yaşlı bu barədə metaratings.ru saytına açıqlama verib.
O bildirib ki, bundan sonra məşqçi kimi çalışacaq.
Qeyd edək ki, "Zenit" akademiyasının yetirməsi karyerası ərzində "Kuban", "Krasnodar", "Ural", ÇSKA (Moskva), "Anji", "Dinamo" (Moskva) kimi klubların formasını geyinib.