"Milan"ın isveçrəli hücumçusu Noa Okaforun "Leypsiq"ə keçidi baş tutmayıb. Sport24.az "Sky Germany"-yə istinadən xəbər verir ki, 24 yaşlı forvard tibbi müayinədən keçə bilməyib.
Ondan götürülən testlər futbolçunun indiki halda meydana çıxa bilməyəcəyini göstərib. baxmayaraq ki, futbolçu "Milan"ın məşqlərində iştirak edib.
Qeyd edək ki, 2022-ci ildən "qırmızı-qaralar"ın formasını geyinən Noa cari mövsümdə 16 matçda meydana çıxıb. O 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.