Kişi həndbolçulardan ibarət Azərbaycan millisi İnkişaf etməkdə olan ölkələrin çempionatında çıxışını başa vurub. Sport24.az xəbər verir ki, yığmamız Bolqarıstanın Varna şəhərində keçirilən turnirdə hər 3 oyunda uduzub.
B qrupunda yer alan komandamız son turda ABŞ-la üz-üzə gəlib. Görüş şimali amerikalıların 45:25 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz Moldovaya 21:33, Nigeriyaya isə 17:29 hesabları ilə məğlub olub.