Açelya Toprak (57 kq) Abu-Dabidə keçirilən "Böyük Dəbilqə" yarışında bürünc medalı qazanmaqla yanaşı, Azərbaycan üçün medal hesabını da açıb.Sport24.az xəbər verir ki, o, ötən ilin sonunda Tokioda keçirilən "Böyük Dəbilqə" turnirində debüt edərək, komandamızın tərkibində 10 yarışda çıxış edib. Toprak 10-cu beynəlxalq yarışında fəxri kürsüyə yüksəlib.

 

Açelya bundan əvvəl Böyük Britaniya millisinin üzvü olub.

 

Qeyd edək ki, Abu-Dabidə bürünc uğrunda mübarizədə o, Flaka Lokxaya (Kosovo) qalib gəlib.