Moldovanın paytaxtı Kişinyov bilyardın piramida üzrə Avropa çempionatı keçirilib. Sport.24 az xəbər verir ki, yarış həmyerlimiz Tofiq Quliyevin qələbəsi ilə başa çatıb.

 

O, 7 ölkədən 70 rəqibinə qalib gələrək Avropa çempion olub. 2-ci yeri ukraynalı Dmitri Pokotilski tutub. "Üçlüy"ü isə digər idmançımız Niyazi Xələfov qapayıb. Bununla da komandamız yarışı 1 qızıl və 1 bürünc medalla başa vurub.