Azərbaycan taekvondoçuları Qazaxıstan və Özbəkistanda keçirilən açıq beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil ediblər. Sport24.az xəbər verir ki, bu barədə Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Qazaxıstanın Almatı şəhərində keçirilən yarışda Rüqəyyə Əliyeva (28 kq) və Aylin Salahlı (41 kq) qızıl, Çilingir Gökalp (36 kq) gümüş medal qazanıblar.

 

Daha sonra Özbəkistanın paytaxtı Daşkənddə yola düşən təmsilçilərimiz "Grand Master" taekvondo klubunun təşkilatçılığı ilə keçirilən turnirdə qüvvələrini sınayıblar. Klub üzvlərindən Çilingir Gökalp (36 kq) bu dəfə bütün rəqiblərini məğlub edərək qızıl medal əldə edib. Aylin Salahlı (41 kq) çempionluğunu bir daha sübut edib. Rüqəyyə Əliyeva (28 kq) fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.