Saratov vilayətinin Engels şəhərindəki gecə klubunda DJ-i döyməkdə təqsirli bilinən azərbaycanlı MMA döyüşçüsü Cavid Rzayev Rusiya vətəndaşlığından məhrum edilib. Sport24.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

 

Prokurorluğun məlumatına görə, Rzayev 2024-cü il noyabrın 10-na keçən gecə Engelsdəki klubların birində dava salıb. Münaqişəyə səbəb DJ-in döyüşçünün istədiyi musiqini səsləndirməkdən imtina etməsi olub. Mübahisə zamanı idmançı DJ-in başına və bədəninə azı 15 zərbə endirib. Aprelin 14-də məhkəmə Rzayevi qazancının 15 faizi dövlət mənfəətinə tutulmaqla iki il müddətinə məcburi əməyə cəlb edib. Hökmdən şikayət verilməyib və qanuni qüvvəyə minib.

 

Qeyd edək ki, 30 yaşlı Rzayev 6 peşəkar döyüşə çıxıb, 4 qələbə qazanıb, 2 dəfə məğlub olub.