Ağdaşda kanalda batan 17 yaşlı Azərbaycan çempionunun meyiti tapılıb. Sport24.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü Süleymanov Dəniz Nəsib oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Dəniz Süleymanlı idmanın alpaqut növü üzrə Azərbaycan çempionu olub.