Xizək idmanı üzrə Dünya Kuboku yekunlaşmaq üzrədi. Sport24.az xəbər verir ki, Tallində keçirilən 14-cü mərhələ yarışında artıq mövsümün qalibi müəyyənləşib.

Kişilər arasında sərbəst üslubda sprint yarışının qalibi olan 5 qat Olimpiya çempionu Yohannes Klebo karyerasında 4-cü dəfə “Böyük Kristal Qlobus”a sahib çıxıb. Bu göstəricidə əfsanəvi norveçli xizəkçiu həmyerlisi Marit Byorqen, polşalı Yustina Kovalçik və isveçrəli Dario Kolonyaya çatıb. Bu mənada rekordçu isə rusiyalı Yelena Vyalbe, isveçli Qunde Svan və norveçli Byorn Delidir.

Sprint yarışına gəlincə, Klebo 1,4 km məsafəni 2 dəqiqə 14 saniyəyə qət edib. Fransalı Luka Şanava ondan 2,6 saniyə geridə qalaraq 2-ci yeri tutub. Norveçli Even Nortuq isə 3-cü olub.

Qadınların sprint yarışında da norveçli idmançı uğur qazanıb. Böyük turnirlərdə uğuru olmayan Kristine Stavos Şistad 2,34 saniyəlik göstərici ilə dünya kuboku yarışlarında 4-cü dəfə fəxri kürsünün üst pilləsinə qalxıb. İsveçli Yonna Sundlinq ondan 0,2 saniyə geriyə düşərək ikinci olub. İsveçrəli Nadine Fendrix isə 3-cü ən yaxşı nəticəni göstərəcək. Y

Onu da bildirək ki, Dünya Kubokunda martın 25-26-da Finlandiyanın Laxti şəhərində keçiriləcək mərhələ yarışları ilə yekun vurulacaq.