Gənclər və idman naziri Fərid Qayıbov Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin çağırışına qoşulub. Sport24.az xəbər verir ki, nazir bu barədə rəsmi "Facebbok" səhifəsində paylaşım edib.

O, işə ictimai nəqliyyatla və ya piyada getdiyini açıqlayıb. Qayıbov bunun sağlam həyat tərzinin və ətraf mühitin qorunması üçün faydalı təşəbbüs olduğunu diqqətə çatdırıb.

Nazir hər kəsi bu təşəbbüsə qoşulmağa çağırıb.