Qazaxıstanın Öskemen (Ust-Kamenoqorsk) şəhərində Olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda beynəlxalq turnir keçirilib. Sport24.az xəbər verir ki, Qış Dünya Turu - Gümüş səviyyəli yarışda milli komandamızın üzvü İsmail Əliyev uğurlu çıxışla yadda qalıb.
Nüvə itələmə növündə mübarizə aparan atletimiz 16.58 metr nəticə ilə yarışı 2-ci sırada başa vuraraq gümüş medal qazanıb.