Dünya Badminton Federasiyasının (BWF) milli komandaların yeni reytinqini açıqlayıb. Sport24.az xəbər verir ki, Azərbaycan yığması 121 ölkə arasında 27-ci sıraya yüksəlib.

 

Komandamızın hesabında 2726 reytinq xalı var. Millimiz son 3 ayda reytinqdə 18 pillə irəliləyib. Bu Azərbaycan badmintonu tarixində ən yüksək göstəricidir.

 

Qeyd edək ki, 2018-ci ildə reytinqdə 85-ci olan millimiz ötən illər ərzində ümumi reytinq sıralamasında 39 pillə irəliləyərək 2025-ci ilin əvvəlində 46-cı sırada yer alırdı.