"Şamaxı"nın yoxlama oyunu keçirəcəyi daha bir rəqibi müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yeni mövsümün hazırlıqlarına iyulun 5-də Qəbələ şəhərində start verəcək komanda toplanış zamanı avqustun 9-u "İmişli" ilə də qarşılaşacaq.
Matç Şamaxı şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, Şamaxı təmsilçisi "Qəbələ" (14 iyul), "Karvan" (21 iyul) və "Kəpəz" (26 iyul) ilə də yoxlama oyununda üz-üzə gələcək.