Cüdoçularımız Fransanın paytaxtı Parisdə keçiriləcək ilin ilk "Böyük Dəbilqə" turnirində iştirak edəcək. Azərbaycan Cüdo Federasiyasından Sport24.az-a verilən məlumata görə, 4-5 fevralda keçiriləcək turnirdə milli komandamız yarışda 7 çəki dərəsində 9 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçularımız mötəbər yarışda performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Rixard Trautmann və böyüklərdən ibarət yığmanın böyük məşqçi Elçin İsmayılovun rəhbərliyi altında çıxış edəcək.

-60 kq 
Balabəy Ağayev

-66 kq
Yaşar Nəcəfov

-73 kq 
Nurlan Osmanov

-81 kq 
Elcan Hacıyev
Zelim Tçkayev

-90 kq 
Murad Fətiyev

-100 kq
Zelim Kotsoyev

+100 kq 
Uşanqi Kokauri
Camal Həmzətxanov