Beynəlxalq Cüdo Federasiyası (IJF) Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi münasibəti ilə videoçarx hazırlayıb. Sport24.az xəbər verir ki, videoçarxda Olimpiya çempionu, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədlinin fikirlərinə yer verilib.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası 1972-ci ildə yaradılıb.