Azərbaycan cüdoçusu Kəramət Hüseynov fevralın 4-də Fransanın paytaxtı Parisdə start götürəcək “Böyük Dəbilqə” turnirində iştirak etməyəcək.

Sport24.az xəbər verir ki, 25 yaşlı idmançı zədələndiyi üçün yarışa aparılmayacaq.

Hüseynovun müalicəsinə başlanılıb.

“Böyük Dəbilqə” fevralın 5-də başa çatacaq.