Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, tədbirdə Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub.

 

Dünya Cüdo Turu seriyasına daxil olan yarışda Azərbaycan 5 çəki dərəcəsində 10 cüdoçu ilə təmsil olunacaq. Beynəlxalq turnirdə 52 ölkədən 373 cüdoçu iştirak edəcək.

 

"Böyük Dəbilqə"nin təsnifat mərhələsinin görüşləri sabah Bakı vaxtı ilə saat 10:00-da, final bloku isə 17:00-dan etibarən start götürəcək.

 

Kişilər

60 kq, 1/8 final

Əhməd Yusifov – Çanad Fetsko (Macarıstan) / Seunqbom Çon (Koreya) cütünün qalibi ilə

Balabəy Ağayev – Marton Andrasi (Macarıstan) / Salih Yıldız (Türkiyə) cütünün qalibi ilə

 

66 kq, 1/16 final

Ruslan Paşayev – Hamad Matlaei (BƏƏ)

Rəşad Yelkiyev – Denis Vieru (Moldova) / Alessio De Luka (İtaliya)

 

73 kq, 1/16 final

Rəşid Məmmədəliyev – Stiven Boldbaatar (ABŞ)

Hidayət Heydərov – Adil Osmanov (Moldova) / Covanni Esposito (İtaliya) cütünün qalibi ilə

 

90 kq, 1/16 final

Murad Fətiyev – Alyaksandr Sidorik (Belarus)

Aslan Kotsoyev – Yermaxan Anuarbekov (Qazaxıstan)

 

+100 kq, 1/8 final

Camal Qamzatxanov – Azamat Çotçayev (Bəhreyn) / Yelaman Yerqaliyev (Qazaxıstan) cütünün qalibi ilə

Uşanqi Kokauri – Mikita Svirid (Xorvatiya) / Munir Ertuğ (Türkiyə) cütünün qalibi ilə