İkinci Liqada mübarizə aparan "Şəmkir"in yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

"Qırmızı-ağlar" Rasim Əliyevlə anlaşıb. Son olaraq "Turan Tovuz"un akademiyasının koordinatoru vəzifəsində çalışmış A kateqoriyalı mütəxəssislə 6 ay + 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Əliyev daha əvvəl "Turan"la yanaşı, "Rote Fahne", "Neftçala" komandalarını çalışdırıb. O, "Feyenoord", "Utrext", PSV (hamısı Niderland), "Fənərbağça", "Gənclərbirliyi" (hər ikisi Türkiyə) və "Dinamo" (Tbilisi) klublarının düşərgələrində təcrübə keçib.