Düşənbədə gənclər arasında cüdo üzrə dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, ikinci yarış günündə millimizin iki idmançısı mübarizəyə qoşulub.

 

Onların hər ikisi mundialla erkən vidalaşıblar.

 

Dünya çempionatı
Oğlanlar

73 kq

Dünya çempionu Vüsal Qələndərzadə yarışa ikinci mərhələdən başlayıb. O, 1/16 finalda Anton Duboviki (IJF) məğlub edib, ardınca isə Yaponiya təmsilçisi Yusuke Takeiçiyə məğlub olub.

Qızlar
57 kq
Mübarizəyə ikinci mərhələdən qoşulan Fidan Əlizadə Nino Tsiklauri (Gürcüstan) və Aleksandra Kana (Tacikistan) qalib gəlib. O, 1/4 finalda Karolina Senniçkaya (Polşa) məğlub olduğundan təsəlliverici görüşə qatılıb. Lakin Əlizadə braziliyalı Bianka Reisə də uduzduğuna görə dünya çempionatı ilə sağollaşıb.