Azərbaycan yığması XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) üç qızıl medal qazanıb. Milli Olimpiya Komitəsindən verilən məlumata görə, cüdoçularımız fərqləniblər.
Oğlanların mübarizəsində Rza Xəlilli (50 kq) və Rəsul Əlizadədə (55 kq) də finalda qalib gələrək fəxri kürsününü ən yüksək pilləsinə qalxıblar.
Qızların yarışında isə Gülşən Hüseynova (44 kq) həlledici mərhələdə israilli Yuval Qabayını üstələyərək qızıl medala sahib çıxıb.