Çempionlar Liqasının II təsnifat mərhələsində Şimali Makedoniya "Şkendiya"sı doğma meydanda Rumıniya FKSB-si ilə qarşılaşıb. Sport24.az xəbər verir ki, matç Makedoniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Cavab görüşü iyulun 30-da keçiriləcək.

 

Qeyd edək ki, "Qarabağ" İrlandiya "Şelburn"unu üstələyəcəyi təqdirdə, bu cütün qalibi ilə Çempionlar Liqasının III təsnifat mərhələsində üz-üzə gələcək.