Bu gün Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının 2025/26 mövsümündə mübarizəyə qoşulacaq. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi II təsnifat mərhələsində İrlandiya təmsilçisi "Şelburn"la ilk oyuna çıxacaq.

 

Dublindəki "Tolka Park"da keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

 

Bu komandalar arasında cavab oyunu isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütündə qələbə qazanan komanda ilə oynayacaq.

 

Qeyd edək ki, İrlandiya paytaxtında baş tutacaq qarşılaşmada ədaləti Xorvatiyadan olan hakimlər briqadası qoruyacaq.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun 

22:45. "Şelburn" (İrlandiya) - "Qarabağ" 

Hakimlər: Ante Çulina, Luka Puşiç, İvan Mihali, Mateo Erceq 

VAR: Mario Zebec

AVAR: Tixomir Pejin

Dublin. "Tolka Park"