Türkiyənin "Konyaspor" klubu "Qarabağ"ın Blaz Kramerlə danışıq aparması iddiasına münasibət bildirib. Sport24.az-ın məlumatına görə, bu barədə "bbnhaber" nəşri məlumat yayıb.
Bölgə təmsilçisindən bildirilib ki, bu transfer şayiələri həqiqəti əks etdirmir və Kramer komandanın əsas oyunçularından biridir.
O, 2024/2025 mövsümündə 34 rəsmi oyunda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, daha əvvəl sloveniyalı forvardın agenti vasitəsi ilə "Qarabağ"a təklif olunduğu yazılıb.