Cüdoçularımız Tel-Əviv Böyük Dəbilqə turnirində iştirak edəcək. Sport24.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə görə növbəti mötəbər yarışa İsrail ev sahibliyi edəcək.

16-18 fevralda Tel-Əviv şəhərində keçiriləcək Böyük Dəbilqə turnirində Azərbaycan milli yığma komandası 7 çəki dərəsində 10 cüdoçu ilə təmsil olunacaq. Üç gün davam edəcək yarışda 52 ölkədən 398 idmançı iştirak edəcək.

Cüdoçularımız mötəbər yarışda performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyüklərdən ibarət yığmanın böyük məşqçisi Mehman Əzizov rəhbərliyi altında çıxış edəcək.